Albinizm dəriyə, saçlara və gözlərə rəng verən melanin penqmentinin çatışmamazlığı və ya yoxluğundan yaranan genetik xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkən insan albinos adlanır.
Təəssüf ki, bu qeyri-adi gözəllik albinoslara baha başa gəlir. Belə ki, melanin həm də dərini günəş şualarından qoruyur. Bu səbəbdən də günəş şuaları albinoslar üçün dəri xərçənginə tutulma riski deməkdir. Bundan əlavə bir çox albinoslar işıqdan qorxur, eşitmə və görmə abiliyyətinin zəyifliyi və ya çəpgözlükdən əziyyət çəkir. Təəssüf ki, albinizmin müalicəsi tibbdə tapılmamışdır. Həkimlər albinoslara xəstəliyin fəsadlarının qarşısını almaq üçün düzgün həyat tərzi və müxtəlif pəhrizlər məsləhət görür.
Orta əsrlərdə albinosları qeyri-adi xarici görünüşlərindən dolayı lənətlənmiş sayır və diri-diri yandırırdılar. Afrikanın bəzi ölkələrində onlar hələ də işgəncələrə məruz qalır: bəzi vəhşi tayfalar albinosları şeytani məxluq adlandırır, Tanzaniyada isə cadukinlər albinosların bədən üzvlərinin talisman olduğunu düşünərək onları sözün əsl mənasında ovlayır və bədən üzvlərini kəsirlər.
Albinizm təkcə insanlar arasında deyil, heyvanlar arasında da rast gəlinən xəstəlikdir.
Author: Pusta