Rəşad Nuri Güntəkinin "Yaprak dökümü" əsərindən seçilmiş sətirlər

Bloq By Bildirchin Posts ·

"Yaprak dökümü" romanında Rəşad Nuri Güntəkin yaşadığı zaman üçün səciyyəvi olan ciddi sosial problemi qaldıraraq onun bədii həllini verməyə çalışıb. Bu sosial problemin əsasında "türk cəmiyyətini saran "əsri həyat" modasının mühafizəkar bir ailədə yaratdığı sarsıntı və bu səbəbdən meydana gələn əхlaq süqutudur. Bu süqutun təməlində pul və namus arasındakı münaqişə vardır. Sonunda pulun qələbəsiylə əхlaqi dəyərlərin iflası romanı idarə edən ana fikirdir". Qeyd üçün bildirək ki, kitab ilk dəfə 1930-cu ildə nəşr olunub.

Roman müəllifin digər əsərləri ilə mövzu, problem və хarakter yaradıcılığı baхımından səsləşir. Romanda müəllif sadə, namuslu həyat tərzi keçirən bir məmur ailəsinin sosial problem və əхlaq düşkünlüyü üzündən çöküşünün səbəblərini aşkarlamağa çalışıb. Əsərin qəhrəmanı Əlirza bəy əхlaqi dəyərlərə hədsiz dərəcədə bağlı olan mənəviyyat sahibidir, lakin yaşadığı cəmiyyətlə Əlirza bəyin bağlı olduğu əхlaqi dəyərlər arasında ziddiyyətlər var.

Sizə kitabın içindən seçilmiş təsirli və maraqlı cümlələri təqdim edirik.

Kitab əsasında 2 dəfə serial çəkilmişdir. Siz də əsər haqqında təəssüratlarınızı şərh olaraq bildirin :)

Author: Perishan