Sadist və Mazoxist kimlərə deyilir?

Bloq By Bildirchin Posts ·

Şiddət deyərkən nə anlayırıq? Şiddət   kimi və ya nəyisə  cəzalandırmaq və onun üzərində öz hakimiyyətini göstərmək üçün edilən bir davranış növüdür. Biz şiddəti təkcə fiziki baxımdan düşünürük. Amma şiddətin digər növləri də vardır: Söz şiddəti, iqtisadi şiddət,  psixoloji şiddət, cinsi şiddət və.s 

Şiddətin məqsədi  öz üstünlüyünü və hökmünü göstərmək üçün edilir, amma Sadistlərdə şiddət anlayışı tamam fərqlidir. Onlar şiddət göstərməklə , acı çəkən insanları gördük də bir sözlə şiddətin növündən asılı olmayaraq ondan ləzzət alırlar. İnsanların mütləq şəkildə zəif tərəflərini tapıb o istiqamətdə sizi alçaltmağa və sizin çəkdiyiniz əziyyətdən onlar böyük enerji alırlar. Özlərini dünyanın ən qüsursuz insanları hesab edirlər. Heç bir halda özlərini günahkar hesab etmirlər.

Əsas xüsusiyyətləri:

Sadistlərdə utanmaq və özünü günahkar hesab etmək hisləri yoxdur. Uşaqlarda da bunu görmək olar məsələn: uşaq ikən oğlan qızın saçını dartır və bundan həzz alır, amma bunu gizlində və ya ana və atasının, müəlliminin qarşısında etmir , çünki onlarda utanmaq və özünü günahkar hesab etmək duyğuları var. Əgər uşaqlarda bu xüsusiyyət tez-tez və hər istiqamətdə (insanlara,heyvanlara) görülürsə qarşısı uşaqlıqdan mütləq alınmalıdır, çünki gələcəkdə böyük fəsadlar verə bilər. Bir də bu şəxsləri xarakterizə edən digər bir xüsusiyyət asosyal və özünə qapanıqlığın olmasıdır.

Mazoxistlər isə sadislərin əksidir deyə bilərik, çünki bu xüsusiyyətə malik şəxslər özlərinə zərər verməkdən böyük həzz alırlar.

Əsas xüsusiyyətləri:

Özünə zərər vermə neçə cür olur?

Özünə zərər vermələri 2 qrup halında qiymətləndirilməkdədir.

  1. Mədəni baxımdan qəbul görmüş zərər verən davranışlar: Bu davranışlar içində döymə vurdurmaq, pirsinq etmək kimi zərər verən davranışlardır.
  2. Sosial baxımdan qəbul görməyən zərər verən davranışlar: Bu davranışlar cəmiyyətdə qəbul edilmir. Bəzi qruplara ayrılmışdır.

    Bunlar aşağıdakılardır:

Biz günümüzdə Sadistləri daha çox cinayətkarlar arasında tapa bilərik. Mazoxistlərə uyğun hərəkətlər isə daha çox fanatiklərə uyğundur, amma bu o demək deyil ki, bütün fanatiklər mazoxistdir. Digər bir nümunə isə bədəninin bütün nahiyələrinə döymə vurduran şəxslərdir. Əgər fikir vermisinizsə “Aramızda qalsın” serialında Tural Baxışın oynadığı obraz hər zaman başqaları tərəfindən vurulub həzz almaq istəyir. Bu obrazın mazoxist psixoloji pozuntusu əsasında yaradıldığını demək olar, sadəcə bu obrazı daha yüngül formada canlandırmışlar.

Mənbələr: www.psikolojik.gen.tr www.wattpad.com www.psikoyorum.tv 

Author: Bildirchin Blog