Tövsiyəfason

Bloq By Bildirchin Posts ·

Dünən balaca bacımoğlu ilə vaxt keçirdikcə fikirləşmişəm. Həyata hamımız eyni gəlirik - çox balaca və köməksiz. Bəs nəyə görə sonra bu qədər dəyişirik?

Balaca olduğumuz zaman nə qədər gücsüz idiksə, indi o qədər güclü olmaq məcburiyyətində oluruq. Səhv edə bilmərik, çünki etdiyimiz səhvlərin cavabını veririk. İnsanlar da mərhəmətsiz olurlar. Balaca olanda nə qədər günahsızıqsa, böyüdükcə də eyni dərəcədə vəhşiləşirik. Axı niyə belədir? Əslində, uzun müddət bundan öncə bu dediklərimi qəbul etmək üçün çalışmışam. Həmişə gülüb - danışan, şən olmağa çalışan mən, bunları gördükcə həyat işığımın söndüyünü hiss edirdim. Sonra isə daha az hiss etməyə başladığımın şahidi olurdum - ətrafımda olanları, yediyim dadları, kiçik şeylərə sevinməyi...

Axı, belə olmaq istəmirəm, axı mən hələ də möcüzələrə inanıram? Ancaq, həyat budur. Biz yaşadıqlarımıza görə formalaşırıq. Əgər, həyat eşqimizi itirmək istəmiriksə, o zaman bir az daha fərqli davranmaq lazımdır. Çox uzun olmasa da, 25 illik yaşam təcrübəmdən gələcəkdəki yeniyetmələrə, həyatı yeni başa düşməyə başlayanlara məktub yazmaq qərarına gəldim 🙂  Əslində, mən özümdən kiçik bacıma məsləhət verəndə həmişə mənə deyir ki, qoy özüm səhv edib öyrənim, amma belə bir deyim də var: Həyat daim səhv edə biləcək qədər uzun deyil. Başqalarının səhvlərinə bax və dərs çıxart! Bu səbəbdən qulaq asın yoldaşlar 🙂


Bəlkə də çox bilmiş danışdığımı düşünəcəksiniz... Ancaq əmin olun, hamısını bir bir təcrübə edib, sizlərə məsləhət edirəm. Ümid edirəm, qeyd etdiklərim işinizə yarayar və hər zaman xoşbəxtlikdən parlayarsınız 🙂

Author: Gunel Yashar