Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Çətin problemlərin asan həll yolu

Çətin problemlərin asan həll yolu

57 0 0

Gözümüzdə böyütdüyümüz və həll yolunu tapa bilmədiyimiz bəzi məsələlər 1+1=2 qədər sadədir:

  • Yuxusuzluqla mübarizə aparırsınız? 4-7-8 üsulundan istifadə edin: 4 saniyə burnunuzdan nəfəs alın, 7 saniyə nəfəsinizi tutun və 8 saniyə yavaş-yavaş nəfəsinizi buraxın. Təkrar edin.
  • Yatmazdan öncə 1 fincan yaşıl çaydan zövq alın. Beləliklə, yatdığınız zaman kalori yandıracaqsınız, çünki yaşıl çay metabolizmi sürətləndirir.
  • Bəzi işlərinizi əsas olmayan əlinizlə görməklə beyninizi daha da aktivləşdirə bilərsiniz. Misal üçün, solaxaysınızsa, dişlərinizi sağ əlinizlə fırçalayın və ya əksinə.
  • Nəyisə xatırlamağa çalışdığınız zaman yumruğunuzu sıxın. Beləliklə, beyin yaddaşınız aktivləşəcək.
  • İdman zalında musiqi dinləyərək məşq etdiyiniz zaman qaldıra biləcəyinizdən 15 kilo artıq çəki qaldırmağı bacaracaqsınız.
  • Yeri gəlmişkən, idmana başlamazdan öncə qəhvə içsəniz, daha çox kalori yandıracaqsınız.
  • Nə qədər sürətli yesəniz, bir o qədər çox çəki yığacaqsınız. Elmi araşdırmalar göstərmişdir ki, boşqabını qısa zamanda boşaldanlar ay ərzində 2kq, digərləri isə cəmi 600q çəki alır.
  • Şamın daha gec əriməsini istəyirsinizsə, onu soyuducuda saxlayın.
  • Güllərin gec solmasını istəyirsinizsə, suya 1 ədəd aspirin dərmanını atın.
  • Marketdə alış-veriş zamanı ucuz ərzaqlar axtarırsınız və tapa bilmirsiniz. Təbii ki, tapa bilməzsiniz. Çünki ən ucuz ərzaqlar gözdən uzaq yerlərdə, yəni aşağı rəflərdə gizlədilir.

Author: Pusta

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More