Dərimizə nə qədər əhəmiyyət veririk? Bəs bilirsinizmi, dərinin yaşlanması yalnız illərdən deyil, özümüzdən də asılıdır? Dərinizi cavan və təravətli saxlamaq üçün aşağıda qeyd olunanlara diqqət edin. :)
Günəş şüaları
Siz günəş şüalarında qaralmaq istəyərkən onun zərərli şüaları da dərinizə təsir edir. Bunun nəticəsində dərinizdə ləkələr əmələ gələ bilər, eyni zamanda yaşlanmanı tezləşdirir. Günəş şüalarında zərərsiz və sağlam qaralmaq istəyirsinizsə, günəş kremlərindən istifadə etməyiniz zəruridir.
Su istifadəsinin azlığıBədənimizin 60%-i su təşkil edir. Həkimlər də suyu çox istifadə etməli olduğumuzu deyirlərsə, sözsüz ki, faydalıdır. Su dərinin sağlamlığı üçün çox əhəmiyyətlidir. Gün ərzində 2 litr su içməyiniz tövsiyə olunur.
Çox makyaj etməkİrqinizi dəyişəcək qədər qat-qat tonal krem çəkməyin! Nəfəssiz qalan üz dərisi intihar edir. Dərinizdə olan problemləri gizlətmək istəyərkən, makyajdan çox istifadə etməklə yeni problemlər yarada bilərsiniz.
NəmləndirməməkQuru dərinin daha tez qocaldığı hər kəsə bəllidir. Dərinizdəki nəmlik balansına diqqət edin. Nəmləndirici kremlərdən yararlanmaqda fayda var.
Qeyri-sağlam qidalanmaBədənin qidalanması dəriyə birbaşa təsir edir. Qeyri-sağlam qidalar, fast food həm bədənimizə, həm də dərimizə zərər verir. Dərinin yaşlanmasını tezləşdirir. Yeməkdə tərəvəz və meyvələrə üstünlük verin.
Rejimsiz yuxuRejimsiz yuxu bədənimizə, ruhi sağlamlığımıza zərərli olduğu kimi, dərimiz üçün də təhlükəlidir. Yuxu saatlarına diqqət etməliyik.
Author: Perishan