Skip to main content

Bildirchin.az

Bloq | 4 dəq oxu
İnsanlarsız dünya

İnsanlarsız dünya

75 0 0

Yer üzündən insanlar yox olsalar, bizim planetimizdə nə olardı?

2 gün:İnsanların yox olmasından cəmi 48 saat sonra metronu çirkab sular basacaq...

7 gün: Nüvə və atom reaktorlarını sərinləşdirən təcili generatorlar üçün olan yanacaq təchizatı dayandırılacaq. 

1 il:Bütün planetdə 10 milyondan çox quş sağ qala biləcək, rabitə qüllələri düşəcək, antenlər sönəcək və yüksək gərginli tellər soyuyacaq. Şəhərlər heyvanlarla dolacaq.

3 il: İstilik çatışmamazlığından soyuq regionlarda qaz boruları partlayacaq. Bu borulardan qaz sızıntıları yanğınlara səbəb olacaqlar. Binalar çatlamağa başlayacaqlar, onların strukturu qeyri- stabil olacaq. Bir və ya iki qışdan sonra istilik çatışmamazlığından tarakanlar məhv olacaqlar.

10 il:Əksər evlərin damları korroziya, sızıntılar və elementlər arasında olan kimyəvi reaksiyalar nəticəsində məhv olacaqlar.

20 il: Bütün dəmir sütunlar pas atacaq və sınacaqlar. Cənubi və Şimali Amerika yenidən birləşəcəklər, çünki Panama kanalı bitkilərlə örtüləcək və məhv olacaq.

100 il: 500 min fildən ibarət olan bir əsr bundan əvvəl yaşamış populyasiya 20 dəfə artacaq. Daha kiçik yırtıcıların populyasiyaları, məsələn tülkülərin populyasiyası yeni rəqiblərin- ev pişiklərinin-gəlməsi səbəbindən məhv olmaq astanasında olacaq.

300 il: Bütün dünyada asma körpülər yıxılacaq. Anbarların divarları dəstək olmadığı üçün partlyacaq və nəticədə şəhərləri su basacaq.

500 il: Şəhərlər meşəyə və cəngəlliklərə çevriliblər. Avtomobillərin, binaların və dəmir yığınlarının arasında çox saylı ağaclar bitir.

15 000 il:Buzların gəlməsi nəticəsində böyük şəhərlər məhv olurlar. Yalnız yeraltı konstruksiyalar nisbətən salamat qalırlar.

35 000 il: Ətraf mühiti çirkləndirən maddələr təbiət tərəfindən absorbsiya olurlar. Lakin bir sıra maddələrdən qurtulmaq üçün, məsələn kadmiydən, təbiətə hələ 75 il gərəkəcək.

100 000 il:Planetdə karbon oksidinin səviyyəsi bəşəriyyətdan əvvəl olan səviyyəyə qayıdacaq və təhlükəsiz olacaq.

250 000 il:Atom bombalarının partlaması nəticəsində əmələ gələn radiasiya yer tərəfindən absorbsiya olunacaq və təhlükəsiz olacaq.

2 000 000 il: Belə bir ehtimal var ki, təkamül prosesində bir sıra heyvanlar plastik məhsulları ayırmağı və onlarla qidalanmağı bacaracaqlar.

8 500 000 il: Bir sıra memarlıq obyektlərinin qalıqları zəlzələlər və sellər nəticəsində dağıdılmasa idilər, hələ də durardılar. Bürünc abidələri hələ də tanımaq olar.

3 milyard il:Yer üzündə hələ də həyat var. Amma nə cür həyat mövcuddur, biz özümüzə heç təsəvvür də edə bilmərik.

6,5 milyard il:Yer üzü Günəşin təsiri nəticəsində əriyir. Günəş artıq bir neçə planetləri udub.

Sonsuzluq:Peyk kimi rabitə əlaqələrinin qalıqları hələ də kosmosda səyahət etməyə davam edirlər. Peyklər bəşəriyyətin var olmağının yeganə sübutudur. 

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More