Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Ləzzət vaxtı: Şərbətli mannı şirniyyatı

Ləzzət vaxtı: Şərbətli mannı şirniyyatı

58 0 0

Bu dəfə çox rahat və o qədər də ləzzətli irmik şirniyyatının reseptini sizinlə paylaşırıq.

Lazım olan ərzaqlar:

3 ədəd yumurta, 1 su stəkanı un, 1 stəkan qatıq, 1 su stəkanı şəkər tozu, 1.5 su stəkanı manna yarması, yarım su stəkanı duru yağ, qabartma tozu və 1 çay qaşığı soda.

Şərbət üçün: 3 su stəkanı şəkər tozu, 3.5 su stəkanı su, 4-5 damcı limon suyu

Əvvəlcə, 3 yumurtanı miskerlə qarışdırırıq, sonra şəkər tozu qatırıq, yenidən qarışdırırıq. Bütün ərzaqları qatıb qarışdırırıq.

Yağlanmış sobanın tavasına alınmış qatqını töküb yayırıq. Öncədən isti edilmiş 180 dərəcəli sobada bişməyə qoyuruq.

Şərbət hazırlamaq üçün qazana su və şəkər tozu töküb qaynadırıq. Qaynamağa başlayanda içinə limon sııxırıq.

Keks bişirəndən sonra beş dəqiqə şərbət tökürük. Sonda bəzəyib süfrəyə təqdim edirik.

Nuş olsun!

Author: Perishan

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More