Skip to main content

Bildirchin.az

Bloq 5 dəq oxu

Məhşur ədəbiyyatçıların həyatlarındakı maraqlı anlar və bürcləri

1. William Shakespeare: Buğa Shakespear-in arvadı toy zamanı bir neçə aylıq hamilə idi, həm də başqasından. Ayrıca Shakespear arvadının onu aldatdığını bilirdi və bir dəfə bunu ona deyəndə arvadı “Əzizim, bu bizim ikimiz üçün də heç bir problem yaratmır” deyə cavab vermişdi.

2. Lord Byron: Dolça Lord Byron Venedikdə yaşayarkən bir il ərzində 250 qadınla bir yerdə olmuşdu. Bunların içində bir neçə kişi də var idi əslində.

3. Honore de Balzac: Oğlaq Hədsiz iştahlı olan və doymaq bilməyən Balzac yemək mövzusunda o qədər səbirsiz idi ki, çəngəli masadan götürməyə üşənir, bir başa əli ilə yeyirdi. Yemək yeyərkən tikələri ağzından yerə səpələnirdi.

4. Edgar Allah Poe: Oğlaq Poe uşaqlığında təhsilini bir məzarlıqda alıb. Toplama, çıxmanı məzar daşları üstündəki rəqəmlərlə işləm apararaq öyrənib.

5. Charles Dickens: Dolça Dickensin Paris morquna qarşı xüsusi marağı var idi. Bəzi günləri bura gəlir və boğularaq ölən küçə avaralarını incələyirdi və həmin gününü belə başa vururdu.

6. Henry David Thoreau: Xərçəng Çox nadirən çimən Henry, dağınıq saçlarını daramazdı. Geyimləri isə yamaqlı idi.

7. Walt Whitman: Əkizlər Şeir yazmadığı zamanlarda vannaya uzanar və himn oxuyaraq suyu ətrafa sıçradardı.

8. Lev Tolstoy: Qız Meşəyə göbələk yığmağa özü gedərmiş. Göbələkdən yaxşı başı çıxırdı və zəhərli və zəhərsiz bütün göbələk növlərini ayırd edə bilirdi.

9. Emily Dickinson: Oxatan Emily Dickinson o qədər yalnızlığı sevən idi ki, həkimləri onu qapı arxasından müayinə etməyinə təkid edirdi.

10. Lewish Carroll: Dolça Ən sevdiyi nəqliyyat vasitəsi üç təkərli velosiped idi. Özü də beləsini icad etmişdi. Çay içərkən onun tam on dəqiqə dəmlənməsini istəyərdi. Nə bir dəqiqə az, nə bir dəqiqə çox.

11. Mark Twain: Oxatan Tamaşaçılarının içində I Elizabathin də olduğu bir çıxışında Mark Tven başdan sona kimi yellənmək haqqında danışdı. Onun bu çıxışı yalnızca yellənmək haqqında idi.

12. Arthur Conan Doyle: Əkizlər Spritualist olan Arthur qanadlı və balca pərilərin həqiqətən də var olduğuna inanırdı. Və inanırdı ki, onları bir az daha da artıq axtarsa tapa biləcək. Həm də onun bu okkultizm inancı başına bəlalarda açmışdır. Kitabları SSRİ-də qadağan olunmuşdu.

13. Jack London: Oğlaq Gündə bir litr viski içməsi sayısız qəzalar yaratmağına səbəb olmuşdu. Bir dəfə Oakland sahilində dənizə düşmüş və ayılanda San Fransisko körfəzində olduğunu görmüşdü.

14. Frans Kafka: Xərçəng Qatı bir vegeteryan idi. Qəssab olan babası onu “uğursuzuq nümunəsi” adlandırırdı. Naturist sağlamlıq mərkəzinə bir neçə dəfə baş çəksə də orada soyunmağı rədd etdi.

15. Agatha Christie: Qız Özü heç vaxt qələmi əlinə alıb yazı yazmayıb. Yazıları başqası yazırdı. Deyirdi, işçisi əvəzinə yazırdı.

16. J. R. R. Tolkien: Oğlaq Çox pis sürücü idi. Maşın sürə bilməmək eyib deyil, amma sürə bilmədən maşın idarə etmək böyük eyibdi. Tək istiqamətli yollarda əsk sürən Tolkiennin arvadı sonundan onunla onun idarə etdiyi maşına minməkdən imtina etdi. Modern komforta güvənmədi üçün maşınlara da nifrət edirdi. Nəhayət Avtomobil idarə etməkdən imtina etdi. Bu İngiltərənin xoşbəxtliyi idi.

17. Ernest Hemingway: Xərçəng Yazdığı yazıya etdiyi şərhə görə bir tənqidçini rastlaşdığı yerdə tutub yerə yıxıb və onunla dalaşıb.

18. Ayn Rand: Dolça 1970-ci illərin ən populyar seriyalı olan “Charlinin Mələkəri”nin fanatı idi. O bu seriyala “Televiziyadakı ən romantik seriyal” deyə şərh vermişdi. Özü klassik musiqiyə, Bethovenə, Brahmsa nifrət edirdi. Hətta Bethoveni sevən dostları ilə əlaqələrini də kəsirdi.

19. Sylvia Plath: Əqrəb Əri ilə ilk dəfə tanış olanda o qədər həyəcalanmışdı ki, onun yanağından öpərkən dişləmiş və gələcək həyat yoldaşının yanağını qanatmışdı. Yazdığı “Yataq kitabı” onun 1963-cü ildəki intiharından sonra yayımlanıb. O ən sevdiyi şair W. B. Yeats-ın keçmiş evində yaşayıb və elə bu evdə intihar edib."

Ramin Ağaquliyev

Author: Xeyale Gozelova

59 baxış 0 bəyənmə
Paylaş:
Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More