Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Qarşılayın bu da iPhone 6 (Foto)

Qarşılayın bu da iPhone 6 (Foto)

82 0 0

ABŞ-ın Apple korporasiyası populyar iPhone smartfonlarının yeni modeli olan iPhone 6-nın testlərinə başlayıb.
Yeni smartfonla yanaşı, iOS əməliyyat sisteminin yeni versiyası da sınanır.

Hazırda iPhone 6.1 işçi adı olan smartfon satışa iPhone 6 adı ilə çıxarılacaq və o, iOS 7 əməliyyat sistemi ilə çalışacaq. 
Apple korporasiyasının mühəndisləri yeni smartfonun hazırda populyar olan proqram əlavələri ilə çalışma imkanlarını yoxlayırlar.

iPhone 6 smartfonunun bu ilin ortalarında satışa çıxarılacağı gözlənilir. Smartfonun ən böyük özəlliyi onun ekranının elastikliyidir. Yəni iPhone 6-nın sensor ekranını istifadəçi istədiyi səmtə əyərək rahat formata nail ola biləcək.
Eyni zamanda, elastik ekran həm də dinamik və mikrofon funksiyalarını yerinə yetirəcək.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More