Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Rusiyalı gənc başını yeni bədənə köçürmək üçün ABŞ-a yollanır

Rusiyalı gənc başını yeni bədənə köçürmək üçün ABŞ-a yollanır

53 0 0

    Rusiyalı proqramist Valeriy Spiridonov öz başını yeni bədənə köçürülməsi əməliyyatını həyata keçirmək üçün ABŞ-a yollanır.

    Əməliyyatın müzakirəsini aparmaq üçün  Annapolis şəhərində aparıcı neyrocərrahların iclası baş tutacaq. Elə orada Valeriy Spiridonov bu eksperimenti həyata keçirmək fikrinə düşmüş professor Kanavero ilə görüşəcək.

    Proqramist Valeriy  Spiridonov nadir xəstəlikdən - əzələ atrofiyasından əziyyət çəkir. İlk baxışdan əməliyyat absurd və fantastika kimi görünür. Lakin, gənc oğlan öz qərarında qətidir və özünü eksperiment obyekti qismində sınanmasını istəyir.

    Professor Sercio Kanavaro tibb dünyasının skeptik qınaqlarına əhəmiyyət vermir və əmliyyatın baş vermə mümkünlüyünü əminliklə təsdiq edir.

Author: Azalia

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More