Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Sağlamlığınıza nəzarət etmək üçün mobil tətbiqlər

Sağlamlığınıza nəzarət etmək üçün mobil tətbiqlər

66 0 0

Ağıllı telefon hər işimizdə əlimizdən tutur. Bəs sağlamlığımızı ona əmanət edə bilərikmi? Aşağıdaki mobil tətbiqləri telefonunuza yüklədikdən sonra bu mümkün olacaq.

  • Dərman qəbulunu xatırlatmaq üçün mobil tətbiq - Pill Reminder and Medication Tracker by Medisafe  

Mobil tətbiq sizə dərmanı qəbul etməli olduğunuz zaman bildirimlər göndərir. Hər dərman üçün fərqli bildirim melodiyası seçmək mümkündür. Beləliklə, hər dəfə tətbiqə daxil olub, hansı dərmanı atmalı olduğunuzu yoxlamağa gərək qalmır. Bundan əlavə Medisafe çəkinizə, qanda qlükoza səviyyəsinə nəzarət edir və ehtiyac yarandığı halda PDF və ya Excel cədvəlində hesabatları yükləmək imkanını verir.

Yükləmə keçidləri: Android, IOS

  • Şəkərli diabet xəstələri üçün gündəlik - Diameter

Tətbiq 1-ci və 2-ci dərəcəli xəstələr üçün nəzərdə tutulmuşdur. Burada xəstələr şəkər miqdarını, qəbul etdikləri çörəyin miqdarını, insulin inyeksiyaları və simptomlar barədə qeydlər apara bilər.

Yükləmə keçidləri: Android, IOS

  • Qanın təzyiq göstəricilərinə nəzarət etmək üçün mobil tətbiq - Medm Blood Pressure

Servis məlumatları şəxsən daxil etmə və ya məşhur elektron tonometr markaları vasitəsilə sinxronlaşdırma seçimlərini verir. Daxil olunan məlumatlara əsasən diaqram formasında statistika yığılır və sizə təqdim edilir.

Yükləmə keçidləri: Android, IOS

  • Menstrual dövrü izləmək üçün mobil tətbiq - Period Tracker Flo, Pregnancy & Ovulation Calendar

Daxil etdiyiniz məlumatlara əsasən tətbiq növbəti dövrün başlayacağı tarixi bildirir və hamiləlik zamanı embrionun inkişafına nəzarət etməyə kömək edir.

Yükləmə keçidləri: Android, IOS

Author: Pusta

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More