Skip to main content

Bildirchin.az

Bloq | 3 dəq oxu
Turistlərin ən çox sevdiyi 10 şəhər

Turistlərin ən çox sevdiyi 10 şəhər

69 0 0

Dünyada görülməsi gərəkən bir-birindən gözəl yerlər. Qum, günəş, dəniz - bu üçlüyün dəbdə olduğu günlərdə səyahətlərin də sayı artıb. Bəs dünyanın ən çox səyəhət edilən şəhərləri hansılardır? Dünyada görülməsi gərəkən bir birindən gözəl yerlər var. BiG.az Anspress-ə istinadən bildirir ki, insanların ən çox səyahət etdikləri və görmək istədikləri şəhərləri təqdim edir. 

10.  Praqa

Hitlerin belə bombalamağa əli gəlmədiyi Praqa dünyanın ən gözəl, intellektual, möhtəşəm şəhərlərindən biridir. Yüz illərdir fasiləsiz nümayiş etdirilən opera, baletlər, rəngli gecə həyatı, ədəbi məclislərin məkanıdır. Kənardan soyuq və əlçatmaz görülən şəhər turistlərə tamamilə fərqli hisslər yaşadır. 

9.  Kapri

Aralıq dənizindəki Kapri adası qədim Romanın izlərinin daşıyıcısıdır. Dünyaca məşhur mağaralar və qayalıqlara sahibdir. Ucsuz bucaqsız mavi suların qoynunda, üzünüzü oxşayan xəfif rüzgarın hakim olduğu adadan insan ayrılmaq belə istəmir. 

8. Phuket

Romantizm qoxulu tətil istəyənlər üçün düzgün seçimdir. Cənubi Asiyanın ən gözəl adalarından biridir. 

7. Mykonos

Egey dənizinin sahillərində, Mykonos qranitdən ibarət olan təbii quruluşu ilə görənləri heyrətə salır. 

6. Barselona

Bu şəhərdə sənət gündəlik həyatla birləşib. Barselona hər kəsin xəyalının bəzəyən şəhərdir. 

5. Nyu York 

Nyu Yorkda həyat dayanmır. Gündəlik dinamik və sürətli həyatın olduğu şəhərin hər nöqtəsi ayrı bir əyləncə deməkdir. 

4. London 

Tarixini qorumaqla, ən müasir şəhərlərdən biri olan London muzeyləri, parkları sizi özünə heyran edəcək. 

3.  Paris

Paris eşqin, sevginin, romantikanın şəhəridir və dünyada hamı ömründə bircə dəfədə olsa bu möhtəşəm şəhərin havasını udmaq istəyir. 

2.  Florensiya 

Bir çoxları bu şəhəri "əsl İtaliya" və ya "açıq hava altında heykəllər muzeyi" adlandırır. İnsanın ağlını başından alan yüzlərlə tarixi abidə, intibah dövrünün canlılığını qoruyan əsərləri və şəhəri iki hissəyə bölən Arno çayı qədimliklə-müasirliyin vədhətindən ibarət möhtəşəm görüntü yaradır. 

1. Venesiya 

Bu şəhərin hər küncü sürprizlərlə doludur. Dünyada ən çox turist axınan məruz qalan möhtəşəm şəhərdir.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More