Skip to main content

Bildirchin.az

Bloq | 4 dəq oxu
İlber Ortaylının "Bir ömür nasıl yaşanır?" kitabından məsləhətlər

İlber Ortaylının "Bir ömür nasıl yaşanır?" kitabından məsləhətlər

69 0 0

Dedikləri ilə hər zaman fərq yaradan, Prof. Dr. İlber Ortaylı həyat təcrübələrini danışdığı və özündən yola çıxaraq içində bir çox tövsiyə verdiyi kitabını yayımlayıb. “Bir ömür nasıl yaşanır?” kitabında verdiyi məsləhətləri qısaltdıq.

1. Fərqliliyi seçin Dünya sadəcə yaşadığınız yerdən ibarət deyil, yeni yerlər görün, yeni insanlarla tanış olun. Fərqli təcrübələr ilə dünya görüşünüzü dəyişdirin. 2. Gördüyünüz işi sevin Gördüyünüz iş sıxıcı da olsa, onu səbrli bitirin. O işi sevsəniz, həyatda uğura gedən yolları daha asan açmış olacaqsınız. 3. Başqalarını dəyişdirməyə çalışmayın Münasibətlərdə belə işlər yolunda getmirsə, özünüzü düzəltmək əvəzinə qarşı tərəfi dəyişdirmək düşüncəsinə qapılmayın. 4. Sərhədlərinizi aşın“Cəsur olun. Özünüzü rahat hiss etdiyiniz zonanın kənarında pəncərələr açın. Fərqli dünyalarla ancaq belə tanış ola bilərsiniz.”5. Yalnızlığı sevin Böyük düşünənlərin çox sosial həyatları yoxdur. Özünüzə iç səsinizi dinləmək üçün vaxt ayırın. 6. Çabalayın İstədiyiniz yerə gəlmək üçün insanların sizi tapmasını gözləməyin. Siz çabalayın və yaxşı insanları tapmaq üçün çalışın. “Nəticədə heç kim gəlib məni kəşf etmədi, heç kimin gələcək halı yox idi!”7. Rəqs edin Həyatın dadına rəqs edərək baxın. Bu zövqdən özünüzü məhrum etməyin! 8. Qədərində davranın Qarşınızdakı insanı nə çox tərifləyin, nə də tənqid edin, uşağınıza da eyni şəkildə davranın. Dəstək verin və yanında olduğunuzu hiss etdirin, bəsdir. 9. Dostlarınızı yaxşı seçin Eyni dünya görüşünə sahib olan biri ilə dost olmaq məcburiyyətində deyilsiniz. Qarşılıqlı görüşlərdən faydalanmaq və dost olmağın fərqli şeylər olduğunu unutmayın. 10. Kreativ olmağa çalışın Dövrümüzdə pis hadisələr baş versə də, özünüzü xoşbəxt etməyi bilin və şən olmağa çalışın. Dünyaya necə baxsanız, elə də yaşayacaqsınız. Bütün bunları edərkən öyrənməyi bə yöntəmli yaşamağı unutmayın. 11. Hər mövzuya diqqət göstərin. Özünüzü inkişaf etdirmək istəyirsinizsə, heç bilmədiyiniz sahə ilə də maraqlanın, musiqidən də anlayın, rəqs də edin. Millətin dərdini dərd edin. “Bir insanın bitdiyi an, miskinliyə əsir olduğu andır, konforundan vaz keçməyi gözə almalıdır.”12. Maraqlanın Marağınızı itirməyin, hadisələri izləyin, sadəcə izləməyin qatılın da! Dünyada nələr olursa, incələyin, amma eləcə oxuyaraq etməyin. Oxuduğunuz şeylərin haqqını verin. 13. Dil öyrənin Xüsusilə 25 yaşınıza gəlmədən xarici dil öyrənsəniz, daha rahat olarsınız. Daha sonra da öyrənə bilərsiniz, amma rahatlıq olmayacaq. 14. Zəhmət çəkin Qarşınıza yol çıxdı? Qatara minib gedin. Gənclik enerjisini boşa xərcləməyin, o yaşlarda yeni yerlər öyrənməyin dadını çıxarıın. 15. İşinizi doğru seçin Hamı oturub işləyə bilər, önəmli olan işinizi doğru seçmək və sevərək işləməkdir. Bunu etməsəniz, həyatda məqsədiniz qalmaz, boşa işləyərsiniz.

Author: Lala Aliyeva

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More