Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Yemək yeyərkən izləyə biləcəyiniz Youtube kanalları

Yemək yeyərkən izləyə biləcəyiniz Youtube kanalları

60 0 0

Yemək yeyərkən telefonu qurdalamaq əvəzinə maraqlı videolar izləyə bilərsiniz. Bunun üçün sizə bir neçə maraqlı Youtube kanalları seçdik.

1. Barış Özcan Barış Özcanı ölkəmizdə də bir çox insan tanyır. İncəsənət, dizayn və texnologiya qavramlarını əsas götürərək, çəkdiyi videolar ilə həm əylənib, həm də bir çox şey öyrənə bilərsiniz.

2. Daire Bu kanalda maraqlı ev interyerləri və həmin evin içində yaşayan və onu dizayn edən insanları görəcəksiniz.

3. Ortapia Bu kanalda da maraqlı məlumatlar öyrənə biləcəyiniz informasiya dolu videolar mövcuddur.

4. Ted Ed (ingiliscədir, türkcə və ya rusca altyazı ilə baxmaq olar) Bu kanalda videoları izah etmək üçün animasiyalardan istifadə olunur.

5. Kurzgesagt – In a Nutshell (ingiliscədir, türkcə və ya rusca altyazı ilə baxmaq olar) Daha bir animasiyalı kanal, burada da bir çox maraqlı informasiya və onlara maraqlı baxış tərzlərini ortaya qoyan işləri görə bilərsiniz.

6. Liziqi Bu çinli bir qızın kanalıdır. Hansı ki, istifadə etdiyi hər şeyi özü hazırlayır və elə yaşayır. Tamamilə təbii şeylərlə necə yaşadığını isə videolara çəkərək yayımlayır.

7. TedxTalks Ted çıxışlarını da bir çoxumuz bilirik. Yemək yeyərkən izləmək istəyəcəyiniz videolar arasında ola bilər.

8. Belə Belə işlər Azərbaycan kanalıdır, tarixdəki və ya günümüzdəki şəxsiyyətlər, insanlar haqqında məlumatları yayımlayır.

9. Technote Texnologiya həvəskarısınızsa, öz dilimizdə yayımlanan texnologiya aləminə aid videoları bu kanalda tapa bilərsiniz.

10. ZehinX Azərbaycan dilində olan daha bir kanal. Bu kanalda da fərdi inkişaf mövzusunda faydalı videoları izləyə bilərsiniz.

Author: Lala Aliyeva

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More