Hansı kəsmiki yemək olar, hansını olmaz?
Mən sadəcə ailəm üçün qida seçərkən etiket oxumağı vərdiş etmiş bir anayam və gördüklərimi izləyicilərimlə bölüşərək faydalı olmağa çalışıram. Əgər bu məlumatlar sizin üçün də faydalıdırsa, bəyənib ya...
Mən sadəcə ailəm üçün qida seçərkən etiket oxumağı vərdiş etmiş bir anayam və gördüklərimi izləyicilərimlə bölüşərək faydalı olmağa çalışıram. Əgər bu məlumatlar sizin üçün də faydalıdırsa, bəyənib yaxınlarınızla bölüşməyiniz mənim üçün böyük motivasiya olar🌸🌸
✅ Kəsmik çoxlarımızın sağlam bildiyi qidadır, amma etiketini oxuyanda bəzən o qədər əlavə maddə görürük ki, sadəcə süd məhsulu olduğuna inanmaq çətinləşir. Əsl kəsmiyin tərkibi sadə olmalıdır.
Süd
Süd turşusu bakteriyası (maya)
bəzən texnoloji məqsədlə az miqdarda kalsium xlorid (E509). Vəssalam! Heç bir aroma, stabilizator, bitki yağı və şəkər olmamalıdır.
❌ Etiketdə bu maddələri görürsünüzsə o kəsmikdən uzaq durun.
Bitki yağı və ya süd yağı əvəzedicisi (palma yağı)
Qoruyucu maddələr (məsələn, kallium sorbat E202)
Qatılaşdırıcılar (E407, E412, E415 və s.)
Şəkər, ətirverici və ya rəngverici
Uşaqlar üçün kəsmik seçərkən sadə, az tərkibli və təbii olanlara üstünlük vermək lazımdır.
#babyblog #momcare #saglıklıbeslenme #blw #momblog".
Comments
Join the conversation
Sign in to comment, get notifications on replies, and connect with the community.
No comments yet
Be the first to share your thoughts and start the conversation!